21 may 2014 17:55
Karlos Kardoso: Qəbələni yaxşı tanıyıram
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso Azərbaycan kuboku uğrunda sabah qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ"ni yaxşı tanıyıram. Onların güclü futbolçuları var. Amma biz öz oyunumuza köklənmişik. İrəli gedəcəyəmmi? Oyunun gedişatından asılıdı. Mənim üçün müdafiə daha vacibdi".
