21 may 2014 17:50
Rəşad Sadiqov: Neftçi finala fiziki cəhətdən yaxşı hazırlaşıb
"Neftçi"nin kapitanı Rəşad Sadiqov Azərbaycan kuboku uğrunda sabah qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komanda fiziki cəhətdən bu oyuna yaxşı hazırlaşıb. Biz Zaqatalaya əbəs yerə yollanmamışdıq. Öz oyunumuzu oynamağa, qələbə qazanmağa çalışacağıq".
