21 may 2014 17:44
Böyükağa Hacıyev: Qəbələ unutmasın ki, rəqibi Neftçidi
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kuboku uğrunda sabah qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah komandamız əsl futbol bayramı nümayiş etdirməyə çalışacaq. "Qəbələ"ni Yuri Syomin kimi təcrübəli mütəxəssis çalışdırır. Amma qoy onlar unutmasınlar ki, rəqibləri "Neftçi"di. Azərbaycanda yalnız iki şey uğur hesab olunur - bir çempionluq, bir də ölkə kuboku. Qalanları mənasızdı".
