Bakıdan MY üçün 10 uşaq bəyənildi
İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak edə bilmək üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunub. Azerisport.az Bakı şəhərində təşkil olunmuş seçim turunda seçilmiş uşaqların siyahısını diqqətinizə çatdırır:
Ağayev İbrahim Eyvaz oğlu
Əliyev Xəyal Vidadi oğlu
Muxtarov Cəfər Namiq oğlu
Nəsirli Ramin Ələddin oğlu
Qasımov Amal Emil oğlu
Quliyev İlahi Qəhrəman oğlu
Quliyev Nicat Mahir oğlu
Səlimov Tural Vüqar oğlu
Səmədov Vəlihəd Sakit oğlu
Tağızadə Eldar Elxan oğlu
AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçirilən seçimlərə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları qatılıb. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetirilib.
Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək olan müddətdə "Bakı" FK-nın Təlim-Məşq Bazasında təşkil olunacaq məşqlərdə iştirak edəcək, onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq.
