21 may 2014 15:49

Vaqif Cavadov: Məqsədim ölkə xaricində oynamaqdı

Azərbaycan milli komandasının və "İnter" klubunun üzvü Vaqif Cavadov AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- “İnter”də yaxşı mövsüm keçirdin, ikinci ən məhsuldar oyunçu oldun, komandanla birlikdə gümüş medallar qazanıb Avropa Liqasına vəsiqə qazandın. Ancaq komandandan ayrılacağın deyilir. Bu məsələyə aydınlıq gətirə bilərsənmi?
- Hələ ki, "İnter"dən ayrılmamışam.
 
- Mətbuatda artıq “İnter”dən ayrıldığın yazılır...
- Mətbuat hətta “Xəzər Lənkəran”a transfer olduğumu da iddia edir. Əsassız söhbətdir. Lənkəran klubu ilə heç bir danışıq aparmamışam. Belə bir şey olsa, mətbuatdan niyə gizlədim ki?! Müqaviləm 1 aydan sonra başa çatacaq.
 
- “İnter” müqavilənin müddətini uzatmağı təklif edibmi?
- Bununla bağlı qəti söz deyə bilmərəm. Yəni “İnter”də qalacağımı qətiləşdirməmişəm. Müqaviləm başa çatdıqdan sonra hər şey bilinəcək.
 
- Klubda qalmaq fikrin varmı?
- Hər şey danışıqlardan asılıdır. Sözün açığı, burada maliyyə məsələsi önəm daşımır. Başqa detallar var ki, onu müzakirə etməliyik.
 
- Sirr deyilsə, hansı detallardır?
- İndi açıqlaya bilmərəm, amma maliyyə məsələsi deyil.
 
- Transfer təklifləri olubmu?
- Bəli. Hamısını gözdən keçirirəm. Bir qədər gözləmə mövqeyi seçmişəm. Çünki başqa variantlar var.
 
- Başqa variantlar deyəndə ölkə xaricindən olan təklifləri nəzərdə tutursan?
- Bəli, həm Rusiya, həm də Türkiyə klublarından təkliflər var. Məqsədim ölkə xaricində oynamaqdır.
 
- Yerli klublardan hər hansı təklif varmı?
- Təkliflər var, amma ad çəkməsəm yaxşıdır.
 
- Bir çox futbol mütəxəssisi Vaqif Cavadovun özünü bir futbolçu kimi “İnter”də özünü tapdığını deyirlər. Sən bu fikirlərlə razısanmı?
- Tək mən yox, komanda olaraq yaxşı mövsüm keçirdik. Güclü heyətimiz var. O ki qaldı mənim yaxşı oynamağıma, mən həmin Vaqifəm. Hər klubda olduğu kimi, “İnter”də də komandamın qələbə qazanması üçün əlimdən gələni etmişəm. Hər bir futbolçuya güvənmək lazımdır. “İnter”də həm məşqçilər, həm də komanda yoldaşlarım mənə inandılar, güvəndilər,  mən də pis oynamadım.
 
- “İnter”in oyun üslubuna uyğun futbolçu olduğunu deyirlər...
- Bunu kənardan baxanlar daha yaxşı bilər. Stabil oynadığım üçün yaxşı mövsüm keçirdim.
 
- Amma mövsümün əvvəlində heç də yaxşı nəticələr əldə etmirdiniz, son pillələrdə qərarlaşmışdınız...
- Həmin ərəfədə daha çox mən tənqid olunurdum. “İnter”ə keçməyimin səhv addım olduğunu deyirdilər, ancaq mövsümün sonunda fikirlərini dəyişdilər. İlk vaxtlar bir qədər zamana ehtiyacım var idi. Həm də heyətdə 7-8 yeni legioner vardı. Onların uyğunlaşma prosesi gec oldu. Sevindirici haldır ki, sonradan toparlana bildik.
 
- Ümumiyyətlə, tənqid psixoloji cəhətdən sənə necə təsir edir?
- Nədənsə ən çox tənqid olunan futbolçu mənəm. Tənqidin tərəfdarıyam, amma təhqir olmamalıdır. Ancaq yerli futbolçularla müqayisədə legionerlər daha çox tənqid olunmalıdır. Əcnəbilər bizdən 2 qat üstün oynamalıdırlar. Təəssif ki, legionerlər bizdən zəif çıxış edirlər, ancaq yenə də tənqid olunan yerli futbolçulardır. Biz futbolçuları təəssüfləndirən əsas məsələ budur. Hətta bəzi futbolçular ruhdan düşür. Mən isə ruhdan düşmədim. Ailəmin də dəstəyi ilə daha çox çalışdım və komandamın uğur qazanması üçün əlimdən gələni etdim.
 
- Mövsüm başa çatsa da, istirahət etmədən milli komandanın düşərgəsinə yollandın. Qarşıda ABŞ yığması ilə oyun var. Bu oyundan nə gözləyirsən?
- Milli komanda bir ailədir. Uzun fasilədən sonra yenidən birlikdəyik. Amerika ilə oyun maraqlı olacaq. Bu həm ölkəmizin, həm də futbolumuzun təbliği üçün yaxşı fürsətdir. Nüfuzlu bir dövlətın yığması ilə qarşılaşmaq asan iş deyil. ABŞ yığması ilə yoldaşlıq oyunu keçirmək hər komandaya nəsib olmur. İnanıram ki, canlı yayımlanacaq qarşılaşmanı azarkeşlərimiz həvəslə izləyəcəklər.
 
- İyunun 1-dən “İnter” növbəti mövsümün və avrokubok oyunlarının hazırlığına başlayacaq. Sən isə milli komandanın düşərgəsindən yeni qayıdacaqsan, istirahət etməyə zamanın olmayacaq...
- İnanmıram ki, istirahət üçün vaxt verməsinlər. Bizim istirahətə ehtiyacımız var. Bildiyiniz kimi, Premyer Liqa bu il yeni formatda təşkil olundu, ağır təqvim oldu. Hesab edirəm ki, həm rəhbərlik, həm də baş məşqçi bunu anlayışla qarşılayıb dincəlmək üçün ən azı 1 həftə vaxt verəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.