21 may 2014 15:23

Dodo: Kubokun finalında uduzsaq, faciə olmayacaq

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi

- Demək olar ki, "Qəbələ" "Neftçi" ilə kubokun final oyununa rəqibindən daha rahat çıxacaq?
- "Neftçi"nin özünü necə hiss edəcəyini deyə bilmərəm. Amma biz bu oyuna ciddi hazırlaşırıq. Bəlkə də klub tarixinin ən vacib oyununa çıxacağıq. Əlbəttə, minimum vəzifənin öhdəsindən gəlmişik - çempionatın bürünc mükafatçısı olduq, avrokuboklara vəsiqə qazandıq, amma bunlar final matçının əhəmiyyətini azaltmır.

- "Qəbələ"yə Azərbaycan kubokunu qazanmaq nə dərəcədə vacibdi?
- Çox vacibdi. "Qəbələ" böyük klub olsa da, titulları yoxdu. Çempionatın bürünc medalı başqa, ölkə kubokunu qazanmaq başqa...

- "Neftçi"ni bu oyunun favoriti sayanlarla razısız?
- Rəqibimiz ciddi komandadı. Kubokun hazırkı sahibidilər. Amma mən final oyununda favorit axtarmaq fikrində deyiləm. Hər iki komandanın qalib olmaq şansı bərabərdi.

- Kubokun finalında məğlub olsaz, bunu faciə hesab etmək olar?
- Mən bunu faciə hesab etməzdim. Yaxşı mövsüm keçirmişik, indi də kuboku qazanmaq istəyirik.

- "Qəbələ" tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb. Artıq indidən xəyallar qurursuz?
- Etiraf edim ki, hələ bu barədə düşünmürəm. Çünki biz hələ bu mövsümü başa vurmamışıq. Amma bütövlükdə götürsək, mən komandamla avrokuboklarda oynamağı çoxdan arzulayırdım. Fikrimcə, "Qəbələ" Azərbaycanı Avropada layiqincə təmsil edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.