21 may 2014 15:04
Azərbaycan yığması üçün Santa-Klara
Səfərdə ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan yığmasının sözügedən ölkəyə yollandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, komandamız artıq San-Fransiskoda məskunlaşıb.
Futbolçularımız "Santa-Klara" otelində qalırlar. Berti Foqts yetirmələrini məhz buradakı "Levis" stadionunda hazırlaşdıracaq.
Qeyd edək ki, ABŞ - Azərbaycan matçı mayın 28-də "Kendlstik Park" stadionunda keçiriləcək.
