21 may 2014 14:25
"Bizimkilər axşam 9-da yaxşı oynaya bilmir, səhər 7-də necə oynayacaqlar?"
"Sumqayıt"ın kapitanı Samir Abasov Azərbaycan yığmasının ABŞ ilə keçirəcəyi yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizimkilər axşam saat 9:00-da yaxşı oynaya bilmirlər, orada səhər 07:00-da necə oynayacaqlar? (gülür) Bu oyuna uyğunlaşmaq çətin olacaq. Digər tərəfdən inanmıram ki, rəqib komanda dünya çempionatı öncəsi bu oyunda tam gücünü ortaya qoysun. Bildiyimə görə, heç ABŞ-da bu oyunla əlaqədar xüsusi ajiotaj da yoxdu. Yəqin ki, baş məşqçi də heç bir yetirməsinin zədələnməsini istəməz. Bundan yararlanmaq lazımdı. Fikrimcə, bərabər səviyyəli oyun olacaq. Yığmamız hətta qələbə də qazana bilər. Həmin gün 7-də oyanıb, bu oyuna baxmağa hazırlaşıram".
