21 may 2014 14:01
Qəbələ Neftçi ilə oyuna iki itki ilə çıxacaq
"Qəbələ" sabah Azərbaycan kubokunun finalında qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı bu gün yekunlaşdıracaq. Azerisport.az xəbər verir ki, Yuri Syominin yetirmələri son məşqini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşdirəcək.
Həlledici qarşılaşma öncəsi komandanın düşərgəsində iki itki var. Bunlar cəzalı durumda olan Elnur Allahverdiyevlə Ürfan Abbasovdu.
