21 may 2014 13:55
Samir Abasov karyerasını başa vura bilər
"Sumqayıt"ın kapitanı Samir Abasov karyerasını başa vura bilər. Azerisport.az xəbər verir ki, o, bu barədə qərarını gələn həftə verəcək.
36 yaşlı futbolçunun saytımıza verdiyi məlumata görə, hazırda çox ciddi zədəsi var. Həkimlərin qərarından asılı olaraq, vəziyyəti ağır olsa, böyük ehtimalla Abasov növbəti mövsümdə yaşıl meydanlara çıxmayacaq:
"Ümumiyyətlə, futbolçu karyeramı başa vurmaq haqda da düşünürəm. Buna gələn həftə qərar verəcəm".
