21 may 2014 01:00

Azerisport.az versiyası üzrə TPL-in 2013-2014-cü illər mövsümünün uğursuzlar komandası

Azerisport.az öz versiyası üzrə TPL-in 2013-2014-cü illər mövsümünün “uğursuzlar komandası”nı diqqətinizə çatdırır:

Saşa Stamenkoviç (“Neftçi”). Serb, şübhəsiz ki, güclü qapıçıdır və bunu ötən mövsüm dəfələrlə sübut edib. Ancaq bu mövsümdə heç də həmişə bəxti gətirmədi. Komandasını açıq-aşkar xilas etdiyi oyunları xatırlamaq çətindir. Bu, xüsusilə “Flaqman”ın müdafiəsinin heç də “deşik” olmadığı, əksinə yaxşı təsir bağışladığı dövrə təsadüf edir.

Aleksandr Şemonayev (AZAL). 15 sarı, 3 qırmızı vərəqə almaqla, mövsümün ən intizamsız futbolçusu oldu. “Təyyarəçilər” “Simurq”un müdafiəçisini alarkən, ona ümid edirdilər. Ancaq mövsüm ümumiyyətlə, komandaya düşmədi. Xüsusilə, Şemonayevin oyunu alınmadı. Görünür, hələ də komandaya və yoldaşlarına uyğunlaşmayıb.

Rasim Ramaldanov (“Xəzər Lənkəran”). Əgər komanda mövsümü əldən verirsə, məyus edənlərin siyahısında mütləq təmsilçisi yer almalıdır. Ramaldanov üçün mövsüm qeyri-adi alındı. Belə ki, klubdakı uğursuzluğa rəğmən, yığmada yaxşı oyunlarla yadda qaldı. Buna görə də milliyə mütəmadi olaraq, çağırılırdı. Rasim komandasını dəyişmək haqda düşünməlidir. Çünki onun keyfiyyət səviyyəsinə heç kimsənin şübhəsi yoxdur.

İqor Mitreski (“Neftçi”). Böyükağa Hacıyevin etibarından düşsə də, Tərlan Əhmədov və Nazim Süleymanovun vaxtına əsas heyətdə yer alırdı. Ancaq işləri heç də yaxşı getmirdi. Nəticədə, yenidən ehtiyata oturdu. Komandada qalıb-qalmayacağı hələlik məlum deyil. Ancaq onu əvvəllər olduğu kimi, etibarlı adlandırmaq olmaz.

İlkin Qırtımov (“Simurq”). Görünür, Qırtımov “Simurq”un kapitanı kimi, çiyinlərinə düşən təzyiq və məsuliyyətin öhdəsindən pis gəlir. Çox tez-tez qırmızı vərəqələr alır. Çoxlu oyunlar buraxır. Buradan bir nəticə çıxarmaq olar: o, mütləq böyüməlidir. Oyun nöqteyi-nəzərindən. Bunun üçün perspektivli müdafiəçinin mövsümlərarası fasilədə vaxtı var.

Elvin Məmmədov (“Bakı”). Mövsümün ən məyusedici simalarından biridir. Elvinin “Bakı”da oyunu aşkarca alınmadı. Ancaq baş məşqçi Milinko Pantiç gənc yarımmüdafiəçiyə inanmaqda davam edirdi. Komandanın məhz yarımmüdafiədə zəif oyunu “Bakı”nı avrokuboklarsız qoydu.

Amit Quluzadə (“Qəbələ”). Böyük ümidlərlə alınmasına rəğmən, “Qəbələ”də həqiqətən də öz oyununu aça bilmədi. Oyunları Ürfan Abbasov buraxarkən şans alırdı. Syominə 21 yaşa qədər yerli oyunçularla bağlı məhdudiyyəti gözləmək lazım gəlirdi.

Əfran İsmayılov (“Bakı”). İkicə il qabaq onu az qala ən perspektivli azərbaycanlı futbolçu adlandırırdılar. Ancaq bu müddətdə onun karyerası aşağı doğru eniş etdi. “Bakı”da o, hələ də özünün axtarışındadır. Ən əsası, vurulmuş penaltilərin sayı oyunçunun səviyyəsi və verdiyi xeyir haqda heç nə demir.

Zohair Benuai (“Xəzər Lənkəran”). “Palçıqdan şahlığa” deyimi Benuainin halına uyğundur. Ancaq tam dəqiqliklə əksinə. AZAL-da o, liderlərdən biri idi. Ancaq “Xəzər Lənkəran”a keçid, görünür, oyunçunun ziyanına işlədi. Benuai “gəmiqayıranlar”ın heyətində bacarığını göstərə bilmədi.

Melvin Platye (“Neftçi”). Əgər siz onu artıq unutmusunuzsa, xatırladaq ki, o, “Neftçi” üçün yeni Kanales olmalı idi. Ancaq sabiq bombardirlə Platyeni bir yeganə cəhət birləşdirir: indi heç biri “Neftçi”də oynamır. Mövsümün ortalarında Melvin icarəyə verildi.

Nikoloz Gelaşvili (“Qarabağ”). Gürcü hücumçu üçün çempionun heyətində mövsüm açıq-aşkar alınmadı. Buna rəğmən, Qurban Qurbanovun futbolçuya daha bir şans verib-verməyəcəyi maraq doğurur.

Baş məşqçi:
Con Toşak (“Xəzər Lənkəran”)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.