20 may 2014 11:44

Yuri Syomin: Qəbələ bu mübarizəyə hələ hazır deyil

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin müsahibəsində “Spartak”a qayıtmaq şanslarına toxunmaqla yanaşı, Azərbaycandakı mövsümü qiymətləndirib və Marat İzmaylovu qeyd edib. Azerisport.az Syominin müsahibəsini diqqətinizə çatdırır:
- Sizi bu yaxınlarda “Spartak”la əlaqələndirmişdilər. Biz belə başa düşürük ki, siz Rusiyaya qayıtmağın mümkünlüyünü heç zaman istisna etməmisiniz...
- Ümid edirəm ki, təkliflər gələcək. Ancaq hələ bunlar yoxdur. Düşünürəm ki, nə haqdasa danışmağın vaxtı deyil. Xüsusilə də mənim “Qəbələ” ilə qüvvədə olan müqaviləm var. Rusiyada mənə tələb olarsa, işləyəcəyəm. Əks halda, faciəyə çevirməyəcəyəm.
- “Qəbələ”də debüt mövsümü başa çatır. Bunu özünüz üçün necə qiymətləndirirsiniz?
- Yəqin ki, lap əvvəldən başlamaq lazımdır. Mövsümün başlanması ərəfəsində komandada ciddi dəyişikliklər baş verdi: ötənilki heyətdən tək-tük futbolçular qalmışdı. Biz bir yığın oyunçu dəvət etdik. Uzun müddət liderlik edirdik. Oyunçuların yaxşı köklənməyə əsası vardı. Ancaq daha da güclənməyə nail olduğumuz qış fasiləsindən sonra hər şeyin artan xətt üzrə gedəcəyini təsəvvürü yarandığı bir halda, əksinə oldu. Nə üçün? Müfəssəl cavab vermək çətindir. Ancaq indi artıq aydındır ki, oyunçuların müxtəlif hazırlığı öz sözünü dedi. Bəziləri müxtəlif səbəblərdən toplanışlara sadəcə, gəlib çıxa bilmədilər. Gələnlər isə, o cümlədən, Marat İzmaylov axı bu mərhələni keçməmişdilər... Bir neçə oyunu gözlənilmədən məğlub olduq. Sonra zədələr epidemiyası baş aldı və biz titul uğrunda mübarizədən kənarda qaldıq. Mənim zənnimcə, Bizim komandamız bu mübarizəyə hələ hazır deyil. Axı biz elit oyunçuları dəvət etməmişdik. Ləğv edilmiş Kiyev “Arsenal”ından futbolçular gəlmişdilər. Kimlərsə “Volın”dan gəlmişdi... Rusiya liqasından oyunçu dəvət ütmək, ümumiyyətlə, asan deyil.
- İzmaylovun dəvəti də səhv idi?
- Qətiyyən yox! Əksinə, bu kömək idi. Gənc oyunçular əsl peşəkarın nə demək olduğunu, bu oyunçunun texnikasının necə olduğunu gördülər. Ancaq ilk vaxtlarda Marat da fiziki cəhətdən hazır deyildi: o, “Portu”da kifayət qədər uzun müddət oynamamışdı. İndi isə o, yaxşı səviyyədə oynayır: oyunun müqəddəratını həll etdiyi çoxlu oyunlar olub.
- Bəs yığmaya qayıtmağa onun gücü yetər?
- Dünya çempionatına artıq real deyil. Vaxt az qalıb. Məşqçi də onu görməli və İzmaylova çox inanmaq lazımdır. Kapello isə hesab edirəm ki, Maratı yaxşı tanımır.
(rg)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.