20 may 2014 19:33
Kamran Ağayev: Neftçinin nəyə qadir olduğunu gözəl bilirik
“Qəbələ”nin qapıçısı Kamran Ağayev komandasının ölkə Kubokunun finalında “Neftçi”yə qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Ağayev bunları söyləyib:
“Rəqibimizin nəyə qadir olduğunu biz hamımız gözəl bilirik. Məşqçimiz “Neftçi”yə qarşı necə oynamaq lazım gəldiyini bizə deyəcək. Ciddi hazırlaşırıq. Belə ki, qəniməti qazanmaq istəyirik”.
