20 may 2014 18:11

2013-2014-cü illər Topaz Premyer Liqası mövsümü rəqəmlərin gözü ilə

Azerisport.az 2013-2014-cü illər Topaz Premyer Liqası mövsümünün bir neçə statistiki göstəricisini diqqətinizə çatdırır:
Mövsüm ərzində 432 qol vurulub (orta hesabla, hər oyunda: 2,4 qol).

Ən çox qol “Qarabağ” (65), ən az “Rəvan” vurub (22). Ən az qol “Qarabağ” (19), ən çox “Rəvan” buraxıb (65)

Ən məhsuldar oyunlar “Qarabağ” və “Qəbələ”, “Xəzər Lənkəran və Sumqayıt” komandaları arasında keçirilib və hər iki oyun 4:3 hesabı ilə başa çatıb.

Ən uzun qələbə silsiləsi “Qarabağ”a məxsusdur: 7 oyun.

Ən uzun məğlubiyyət silsiləsi isə “Rəvan” və “Sumqayıt”ın hesabındadır: 4 oyun.
Mövsümün tamaşaçı rekordu ötən ilin avqustunda “Xəzər Lənkəran” - “Neftçi” oyununu zamanı qeydə alınıb: 10 min nəfər. Antirekord isə elə həmin ay keçirilmiş “Simurq” - “Rəvan” görüşünə təsadüf edir: 150 nəfər.
Mövsümün ən intizamsız futbolçusu “Simurq”un yarımmüdafiəçisi Aleksandr Şemonayevdir: 15 sarı, 2 qırmızı vərəqə. Daha bir “Simurq”lu İlkin Qırtımov və “Neftçi”dən Elvin Yunuszadə hərəyə üç dəfə meydandan qovulublar.
Ümumiyyətlə, “Neftçi”nin futbolçuları 11 dəfə meydandan qovulublar.
Ən sərrast penalti ifaçısı “Bakı”dan Əfran İsmayılovdur: 5 qol
Draqan Çeran (”Simurq”) və Daniel Subotiç (“Qəbələ”) hərəyə 8 dəfə oyunda hesabı açıblar.
“İnter” birinci hissələrin ən yaxşı komandasıdır. “Bankirlər” bu göstəricidə 64 xal yığıblar. “Qarabağ” isə bu göstəricidə ikincidir: 61 xal.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.