20 may 2014 18:05
Sumqayıtda ilk müqavilə
"Sumqayıt" Futbol Klubu 2014/2015 mövsümü üçün transfer çalışmalarına start verib. Azerisport.az xəbər verir ki, sözügedən klub müdafiəçi Bəxtiyar Həsənalızadə ilə müqavilənin müddətini artırıb.
21 yaşlı futbolçu daha bir il "Sumqayıt"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 3 mövsümdü "Sumqayıt"ın şərəfini qoruyur.
