20 may 2014 17:48
ABŞ - Azərbaycan oyununda anşlaq olmayacaq
May ayının 28-də San-Fransiskonun “Kendlstik Park” stadionunda keçiriləcək ABŞ və Azərbaycan yığmaları arasında yoldaşlıq oyununa biletlərin qiyməti məlum olub. Azerisport.az xəbər verir ki, ən ucuz bilet 35, ən baha bilet isə 375 ABŞ dolları məbləğində olacaq.
Qeyd edək ki, “Kendlstik Park” arenasının üst yarusları boş qalacaq. Bu tribunalara biletlər satılmır.
