20 may 2014 17:40
Tuğrul Erat: Foqts dedi ki, mənə hələ zəng edəcək
Millimizin və “Fortuna”nın (Düsseldorf) yarımmüdafiəçisi Tuğrul Erat ABŞ toplanışında olan millimizin heyətinə hansı səbəbdən qoşula bilmədiyinə aydınlıq gətirib. Azerisport.az Almaniya KİV-nə istinadən xəbər verir ki, Erat bunları söyləyib:
“Mən zədə səbəbi ilə çağırışdan imtina etmək məcburiyyətində qaldım. Baş məşqçi Berti Foqts zəng edərək işlərim haqda sorşdu və toplanışda iştirak edə biləcəyimi xəbər aldı. Təəssüf ki, mən bacarmadım. Son o mənə sağalmağı arzu etdi və dedi ki, hələ zəng edəcək.
Erat həmçinin, tezliklə sıraya dönəcəyini qeyd edib: “Lap tezliklə zədədən sağalacağam və İstanbula məzuniyyətə yollanacağam. İyunun 16-da isə komanda ilə birgə yeni mövsümə hazırlıq üçün toplanacağıq”.
