20 may 2014 16:33
İvanov millimizə qarşı oyunda iştirak etməyə bilər
Bolqarıstan yığması AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəyi oyunda əsas oyunçularından birinin xidmətlərindən məhrum ola bilər. Azerisport.az Bolqarıstan KİV-nə istinadən xəbər verir ki, “Bazel”in müdafiəçisi, 2013-cü ilin yekunlarına görə Bolqarıstanın ən yaxşı futbolçusu İvan İvanov aldığı ağır zədədən sonra müalicəsini hələ də davam etdirir.
Bu yaxınlarda İvanovun dizində ikinci əməliyyat keçirilmiş və müalicə məqsədilə hələ yanvarda qoyulmuş implant qalıqları təmizlənmişdir. Həkimlərin sözlərinə görə, İvanov təsnifat mərhələsinin başlanmasına qədər zədədən sağala bilər. Ancaq onun təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyuna qədər fəal məşqlərə başlamağa hazır olacağı məlum deyil.
