20 may 2014 16:10
Qarabağ iyunun 12-də bir araya gələcək
"Qarabağ" istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın çempionu olan komanda "Xəzər Lənkəran"la son turun oyununun ardından mövsümlərarası fasiləyə yollanıb.
Ağdam klubunda Çumbinyo, Riçard Almeyda, Reynaldo, Leroy Corc hələ komanda çempionluğu rəsmiləşdirdiyi 34-cü turdan sonra ölkələrinə yollanmışdı. Milli oyunçular isə ABŞ-a təlim-məşq toplanışına yollanıb.
Qeyd edək ki, "Qarabağ" iyunun 12-də yenidən yığışacaq. 1 həftəlik Bakı hazırlığının ardından komanda Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq. (klub saytı)
