20 may 2014 15:33
Bakının futbolçusu milliyə dəvət aldı
Məlumat verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bakı şəhərində Norveç komandası ilə qarşılaşacaq Azərbaycan yığması mayın 21-dən iyunun 1-dək təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, toplanışa daha bir futbolçu - "Bakı" klubunun üzvü Vüqar Mustafayev dəvət olunub.
(AFFA)
