20 may 2014 15:15
Vaqif Cavadov: İnterin gümüş medalı çempionluğa bərabərdir
"İnter"in və millimizin futbolçusu Vaqif Cavadov azerisport.az saytına müsahibə verib:
- Azərbaycan çempionatı başa çatdı. Ağır mövsümdən sonra millinin hazırlığına yollanmaq çətindirmi?
- Sözsüz ki, bütün futbolçularda yorğunluq ola bilər. Amma millinin hazırlığı hər zaman sevindiricidir. Orada komanda yoldaşlarımızı görürük. Yoldaşlıq görüşündə oyun səviyyəmizi yüksəldirik. Amerikaya getmək marağı ikiqat artırır. Bu ölkə çoxları üçün sirli dünyadır.
- Yəqin sən də ABŞ-a getmək arzusunda olmusan...
- Amerika Birləşmiş Ştatları mənim üçün hər zaman maraqlı olub. Bu, bizim üçün başqa qitə, başqa dünyadır. Əlbəttə, imkanı olan gedə bilər. Sadəcə, bəziləri yolun uzunluğunu nəzərə alıb ABŞ-a getməkdən imtina edirlər. Arzu edirəm ki, yığma sağ-salamat qayıtsın. Bizi maralı ölkə və maraqlı yoldaşlıq görüşü gözləyir.
- ABŞ yığması haqda nə fikirdəsən?
- ABŞ mundialda iştirak edən komandadır. Onlarla matçımız çox çətin olacaq. Həm nəticə, həm oyun bizim üçün vacibdir. Yəqin, gənc futbolçuları da yoxlayacaqlar. Heç vaxt oynamadığımız rəqib haqda danışmaq asan deyil. Əminəm ki, millinin futbolçuları maksimum gücünü nümayiş etdirəcək, Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Biz ABŞ-a gəzməyə getmirik.
- Çempionatdan sonra millinin düşərgəsindəsən. Nə vaxt istirahət edəcəksən?
- Yeni mövsümdə hansı klubda oynayacağım məlum deyil. Fikrimcə, harada oynasam belə məşqçilər bir həftə istirahət verərlər. Millinin futbolçularına səfərdən sonra istirahət lazımdır. Ona görə yəqin iyunda bir həftə dincəlmək imkanı olacaq.
- "Xəzər Lənkəran"dan təklif aldığın doğrudur?
- Hazırda rəsmi təkliflər olsa belə müzakirə olmayıb. "İnter" yeni müqavilə təklif edib. BU barədə müzakirələr aparırıq. Eyni zamanda Türkiyə və Rusiyadan təkliflər almışam. Komandanın adını çəkmək istəmirəm. Çünki, heç bir şey dəqiqləşməyib. Əgər legioner həyatı yaşayacağım dəqiqləşsə ətraflı məlumat verəcəyəm.
- "Tvente"də oyunun alınmadı, bundan sonra legioner həyatı yaşamaqdan çəkinmirsən?
- Mən heç nədən qorxmuram və çəkinmirəm. Legioner kimi özümü göstərməyə gücümün olduğunu bilirəm. "Tvente"dəki karyeramın uğursuz olmasını deməzdim. Orada az oynadım, əksər oyunlarda meydana çıxmadım. Lakin sonda "Tvente" Hollandiya çempionu oldu. Məşqlərdə ürəkdən iştirak edirdim. Sadəcə, əvvəlcə zədə, sonra isə məşqçi dəyişikliyi müəyyən problemlər yaratdı. "Tvente" kimi məşhur kluba keçmək özü böyük uğurdur. İndiyə qədər oynadığım bütün klublarda ümidləri doğrultmağa çalışmışam.
- "İnter" üçün mövsümü necə qiymətləndirirsən?
- Stressli mövsüm oldu. Çox həyəcan keçirdik. 7 turdan sonra 3 xalımız olanda sonluğu düşünə bilmirdik. Qışdan sonra böyük sıçrayış etdik. Hətta çempionluq şansımız da var idi. Fikrimcə gümüş medal komandamız üçün qızıla bərabərdir. Kim inanardı ki, "İnter" mövsümün sonunda çempionun ən yaxın izləyicisi olacaq. Mövsümü yaxşı qiymətləndirirəm. İndi qalır Avropa Liqasında uğurlu çıxış etmək.
- "İnter" avrokuboklarda uğurlu çıxış edə bilmir. Hər zaman bir mərhələ keçməklə kifayətlənib...
- Əgər heyəti qoruya bilsələr komanda uğurlu çıxış edə biləcək. Ötən ilki səhvləri təkrarlamaq olmaz. Heyət dəyişsə yenidən problemlər özünü göstərəcək. "İnter" yaxşı komandadır. Sadəcə komandanın əsasını qorumaq yaxşı olardı. Nəticə baxımından artıq 2-3 mərhələ keçmək uğur sayıla bilməz. Hər bir klubumuz avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağa çalışmalıdır.