20 may 2014 14:48
Azərbaycan çempionatında Bakılı erasına son
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun sonuncu - 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan-T” - “Neftçala” matçının 43-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Aqşin Sadiqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Lokomotiv” - “Şahdağ” matçının 85-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərov azarkeşlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Karvan” - MOİK matçının 25-ci dəqiqəsində MOİK-in futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Kəpəz” - “Bakılı” matçında “Bakılı” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan 1-ci divizionunda çıxış etmək hüququndan məhrum edilib.

(PFL)