20 may 2014 14:44
Sumqayıt və İnterin futbolçuları cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının sonuncu - 36-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” - “Sumqayıt matçının 60-cı dəqiqəsində Sumqayıtın futbolçusu İsa Zeynallı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
AZAL - “İnter” matçının 88-ci dəqiqəsində “İnter”in futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

(PFL)