20 may 2014 14:22
Rəvan bütün legionerlərindən imtina etdi
“Rəvan” bütün legionerlərinin xidmətlərindən imtina edib. Azerisport.az xəbər verir ki, dünən klub rəhbərliyi legionerlərlə görüşüb və bu xəbəri onların diqqətinə çatdırıb.
Əgər TPL-in 2014-2015-ci illər mövsümünün keçirilməsinə dair reqlamentində dəyişiklər edilsə və “Rəvan” elitada qalsa, legionerlərin bəzilərinə yeni müqavilə təklif ediləcək.
