20 may 2014 14:22
Millimizin hücumçusu ABŞ vizası alarkən problemlərlə üzləşib
Millimizin və ”Sivasspor”un hücumçusu Cihan Özkara ABŞ vizası alan zaman problemlərlə qarşılaşıb. Azerisport.az xəbər verir ki, məhz bu səbəbdən o, komandaya bir gün gec qoşulacaq.
Özkara bu gün İstanbuldan uçuş edəcək. Bu arada, millimiz Frankfurtdan San-Fransiskoya uçuşdadır.
Xatırladaq ki, millimiz ABŞ yığması ilə may ayının 28-i Bakı vaxt ilə 7:00-da qarşılaşacaq.
