20 may 2014 01:33
Azeisport.az versiyası üzrə TPL-in 2013-2014-cü illər mövsümünün yığma komandası
Azerisport.az öz versiyası üzrə TPL-in 2013-2014-cü illər mövsümünün yığma komandasını diqqətinizə çatdırır:
İbrahim Şehiç (“Qarabağ”, 22 oyun, 1980 dəqiqə). Komandanını əsas qapıçısı olmaqla, serb Miro Varvodiçi və yaxınlarda milliyə çağırılan Fərhad Vəliyevi çərçivədən sıxışdırdı. “Qarabağ” çempionat oyunlarında cəmi 21 qol buraxmaqla, bu göstəricidə liderliyi yaxaladı. Şehiçin özü yığma ilə DÇ-yə yollanmaq şanslarını sona qədər saxlasa da, yekunda ondan imtina etdirər.
Rəşad Sadıqov (“Qarabağ”, 25 oyun, 2016 dəqiqə). Sadıqov üçün bu mövsüm uğurlu alındı. O, komandanını kapitanı qismində ilk dəfə çempionluğu bayram etdi və ümumiyyətlə etibarlı oyunu ilə fərqlənirdi. Qeyd edək ki, mövsümün gedişində Rəşad zədələrdən müalicə alırdı. Bəzi oyunlara isə ümumiyyətlə, iynələrin köməyi ilə çıxırdı.
Brüs Abdulaye (“İnter”, 31 oyun, 2768 dəqiqə). “Bankirlər”in konqolu müdafiəçisi cari mövsümdə komandanın heyətində keçirdiyi oyunların sayına görə rekordçu oldu. Bununla yanaşı bir dəfə də xəbərdarlıq almadı. Xüsusilə onun cəhdlərinin sayəsində “İnter” “gümüşə” sahib olaraq, medalsız qalmadı.
Ansi Aqoli (“Qarabağ”, 34 oyun, 2955 dəqiqə). Aqoli də Abdulaye kimi, çempionun heyətində hamıdan çox vaxt keçirib. Alban müdafiəçi qalib heyətin əsas fiqurlarından biri oldu.
Yure Travner (“Bakı”, 35 oyun, 3150 dəqiqə). Sloveniyalı müdafiəçi Milinko Pantiçin heyətində əsas oyunçulardan idi. Çox yaxşı təsir bağışladı. Komandanın göstəricilərinə rəğmən, Travnerin öz oyunu sayəsində “Bakı”da qalacağı şübhə doğurmur.
Abdulla Abatsiyev (“İnter”, 25 oyun, 2079 dəqiqə). Cari mövsümün kəşflərindən biri idi. Öz oyunu ilə “İnter”in əsas heyətində yerini təmin edərək, milliyə dəvətə layiq idi və komanda ilə ABŞ-a yollandı.
Reynaldo (“Qarabağ”, 31 oyun, 2610 dəqiqə). Şərhə ehtiyac var? Braziliyalı 22 qolla “Qarabağ”ın “vuran ayağı” olmaqla, məhsuldar ötürmələrin mahir ustası, qələbənin memarı idi. PFL-in versiyasına göər üç dəfə ayın ən yaxşısı seçilmişdi.
Araz Abdullayev (“Neftçi”, 29 oyun, 2366 dəqiqə). Jurnalistləri inkar edən və meydanda, eləcə də meydandan kənarda öz kobud davranışı ilə diqqət çəkən Abdullayev rəmzi yığmamızda yer ala bilib. Ümumilikdə, mövsümü rəvan keçirdi. Ancaq gələcəkdə öz hisslərini cilovlamağı öyrənməlidir.
Riçard Almeyda (“Qarabağ”, 28 oyun, 2281 dəqiqə). “Qarabağ”ın oyununda çox vacib elementdir. Dağıdıcı və yaradıcı funksiyaları özündə birləşdirən universaldır. Yaradıcılığı daha qabarıq şəkildə özünü büruzə verir. Ancaq “Qarabağ”ın heyətində yaradıcı oyunçuların olması onu “qara iş”dən çəkindirmirdi.
Vaqif Cavadov (“İnter”, 33 oyun, 2726 dəqiqə). “İnter”in kapitanı komandada ilk mövsümünü pis keçirmədi. 14 qolla yerli oyunçular arasında çempionatın bombardiri olmaqla, özünü təsdiqlədi. Hazırda onun komandadan gedişi haqda söz-söhbət gəzir.
Daniel Subotiç (“Qəbələ”, 29 oyun, 2254 dəqiqə). “Qəbələ” “bürüncə” daha çox öz oyunçularının fərdi fəaliyyəti sayəsində qovuşdu. Subotiç istisna deyil. Onun səviyyəsi praktiki olaraq, hər oyunda özünü göstərirdi. İsveçrəli serb təslim olmurdu və çox güman ki, mövsümün ən yaxşı hücumçusu idi.
Ehtiyat oyunçular:
Pavel Kapsa (“Simurq”), Karlos Kardoso (“Neftçi”), Elvin Yunuszadə (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Maksim Medvedev (“Qarabağ”), Çumbinyo (“Qarabağ”), Mateya Şpiçiç (“İnter”), Corc Leroy (“Qarabağ”), Lorenzo Ebesilio (“Qəbələ”), Derlis Meza Kolli (“İnter”), Draqan Çeran (“Simurq”).

Baş məşqçi:
Qurban Qurbanov (“Qarabağ”).
Qurban Qurbanov (“Qarabağ”).