20 may 2014 13:31
Əfran İsmayılov: Son qərarı Pantiç verəcək
"Bakı"nın futbolçusu Əfran İsmayılov azerisport.az saytına müsahibəsində baş məşqçi Milinko Pantiçlə heç bir problemi olmadığını deyib:
"Klubla müqaviləm 2015-ci ildə başa çatır. Mənim fikrim müqavilənin sonuna qədər oynamaqdır, Əlbəttə, əgər Pantiç məndən imtina etməsə. Məşqçi istəməsə gərək klubu dəyişib. Onunla aramızda heç bir problem yoxdur. Mövsüm ərzində kiçik anlaşılmazlıq ola bilər. Futboldur, uzun müddət bir yerdə məşq edirik. Belə hadisələrin olması, təbii haldır. Ciddi problemim olmasa belə, son qərarı Pantiç verəcək".
