20 may 2014 01:24
Vüqar Nadirov: Bizim üçün dua edin
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov "facebook"dakı izləyicilərindən millimiz üçün dua etmələrini xahiş edib. Azerisport.az sizi onun həmin statusu ilə tanış edir:
"Biz Amerikaya gedəcəyik. Nömrələrimi bağlamışam. İmkan olsa, orada da səhifəmə girəcəm. Bizim üçün, millimiz üçün dua edin. Allah hamınızdan razı olsun".
