20 may 2014 01:05
İnter Qarabağı qabaqladı
"İnter" geridə qalan futbol mövsümündə Azərbaycan çempionatlarının ən güclüsü hesab oluna bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubunun əsas və əvəzedici heyətləri topladıqları xalların cəminə görə digər bütün klubları qabaqlayıblar.
"İnter"in əsas və əvəzedici komandası bütövlükdə 140 xal toplayıb. "Qəbələ" bu göstəricidə ikinci olub - 122 xal. Üçüncü yeri isə Premyer Liqada çempion olan "Qarabağ" tutur - 117 xal.
