20 may 2014 00:30
Nedo Turkoviç İnterdən təklif alıb
AZAL-ın sabiq futbolçusu Nedo Turkoviç karyerasını yenə Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, Bakının "İnter" klubundan təklif alıb.
Lakin bu futbolçunun xidmətində Albaniyanın "Skenderbeu" klubu da maraqlıdı. Turkoviçin bu variantlardan hansını seçəcəyi isə hələlik bilinmir.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının hücumçusunun transfer məsələləri ilə futbol meneceri Boyan İliç məşğul olur.
