19 may 2014 00:22
Hafiz Məmmədov Lansı təbrik edib
“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi "Lans" klubu Fransa ikinci liqasında mövsümün son matçına çıxıb. Azerisport.az xəbər verir ki, "Land of Fire Azerbaijan" formalı komanda 38-ci turda səfərdə "Bastiya" ilə qarşılaşıb.
"Lans" autsayderlə görüşdə 2:0 hesabı ilə qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Anton Kambuarenin komandası 2011-ci ildə ikinci liqaya düşmüşdü.

Bu münasibətlə “Bakı” Futbol Klubunun rəhbərliyi, başda prezident Hafiz Məmmədov olmaqla “Lans”ı təbrik edib, yüksək liqada uğurlar arzulayıb!
(“Bakı” FK saytı)