19 may 2014 12:33
Kurtar Rəvanı razı tərk etdi
Türk mütəxəssis Güvənc Kurtar “Rəvan”la yollarını ayırıb. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu haqda Kurtar özü məlumat verib.
Mütəxəssis qeyd edib ki, “Rəvan”la müqavilə dörd ay müddətinə imzalanmışdı və komandanı bu razılaşmaya əsasən, tərk edib.
Kurtarın sözlərinə görə Azərbaycan Premyer Liqasında komandanı çalışdırmaq çox çətindir. Ancaq mütəxəssis “Rəvan”la işindən razı qalıb. Kurtar klub prezidenti başda olmaqla, klub rəhbərliyinə işində onu xüsusilə dəstəklədikləri üçün minnətdarlığını bildirib.
Xatırladaq ki, 2013-2014-cü illər mövsümünün yekunua əsasən, “Rəvan” yarış cədvəlində sonuncu pilləni tutaraq, I Diviziona yuvarlanıb.
