19 may 2014 12:12
Canluka Zambrotta: Azərbaycanlılar cənubi italiyalılara oxşayırlar
İtaliya yığmasının heyətində dünya çempionu olmuş Canluka Zambrotta futbol könüllülərinin Bakıda keçirilən forumunda iştirakı zamanı sualları cavablayıb. Azerisport.az Zambrottanın fikirlərini diqqətinizə çatdırır:
- Bakı haqda hansı təəssüratlarınız var?
- Bakı haqda? Mən ki axşam gəlmişəm. Bulvarda gəzdim. Şəhər nədəsə Neapolu xatırladır. Çox xoşuma gəlir. Burada müsbət hisslər yaşadım.
- Siz AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində Azərbaycan millisinin İtaliya yığması ilə qarşılaşacağını bilirsiniz?
- Bəli. Ancaq biz çox illər qabaq sizin komandanızla artıq oynamışıq. Bizə elə o zaman da Bakıda çətin oldu. Azərbaycan zəif komanda deyil. Əminəm ki, bu dəfə “adzurra”ya daha da çətin olacaq.
- O oyun haqda nəyi xatırlayırsınız?
- Mən o oyunda oynaya bilməmişdim. Ancaq Bakıdakı oyuna televizorla baxmışdım. Del Pyeronun cərimə zərbəsindən vurduğu qolu xatırlayıram.
- Azərbaycanlıları tez-tez italyanlarla müqayisə edirlər: davranış qaydalarında, jestlərdə, danışıqda. Bununla razısınız?
- Mən diqqət etdim ki, azərbaycanlılar cənubi italiyalılara çox oxşayırlar. Daha çox oxşarlıq da var, belə deyək, xarici oxşarlıq.
- Bakının AÇ-2020-nin oyunlarını qəbul etmək şanslarını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, Bakının AÇ-nin oyunlarını əldə etmək üçün bütün şansları var. Sizin şəhəriniz şəxsən məni təsirləndirdi.
- İtaliya yığmasının DÇ –də perspektivləri haqda nə deyə bilərsiniz?
- Bizim yaxşı komandamız var. Ən azı finala çıxmağa ümid edə bilərlər.