19 may 2014 12:00
Elxan Məmmədov: UEFA Azərbaycanda keçirilən futbol könüllülərinin forumunu yüksək qiymətləndirib
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, UEFA ölkəmizin paytaxtında keçirilən futbol könüllülərinin forumunu yüksək qiymətləndirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
"UEFA Bakıda keçirilən forumu müsbət qiymətləndirib. Canluka Zambrotta isə forumun rəsmi səfiridir. Şadam ki, könüllülük Azərbaycanda inkişaf edir. Biz ilk dəfə könüllülərin xidmətlərindən 17 yaşa qədər yeniyetmə qızlar arasında keçirilmiş dünya çempionatında istifadə etmişik. Buna qədər isə onların "Eurovision" mahnı müsabiqəsində iş təcrübəsi vardı. Həmçinin, onlar bizə beynəlxalq oyunlarda kömək edirlər. Forumda 400-ə yaxın könüllü iştirak edir".
