19 may 2014 11:55
Kamran Quliyev: Bütün sumqayıtlılar komandanın elitada qalmasına sevinirlər
“Sumqayıt” FK-nn prezidenti Kamran Quliyev azeriport.az saytına müsahibəsində komandasının TPL-də qalmasına sevindiyini bildirib:
“Bütün sumqayıtlılar komandanın elitada qalmasına sevinirlər. Bu, bizim üçün uğurdur. Komandamı təbrik edirəm. Ancaq o zaman heç kim bizə heç bir komandanın Premyer Liqanı tərk etməyəcəyini demirdi. İyunda AFFA İcraiyyə komitəsinin iclası keçiriləcək. Ancaq qurumun prezidenti Rövnəq Abdullayev artıq bildirib ki, TPL-də 10 komanda mübarizə aparacaq”.
