19 may 2014 11:44

Qurban Qurbanov: Göz yaşları emosiyalar idi, indi mən sakitəm

Şənbə günü “Qarabağ” uzun illər həsrətində olduğu Kuboka və qızıl medallarına qovuşdu. TPL-in 2013-2014-cü illər mövsümünün qalibinin mükafatlandırılması kifayət qədər “ailəvi” ab-havada keçdi. Bir çox futbolçular mərasimə uşaqları ilə təşrif gətirərək, sevinclərinin körpələrlə bölüşmək istəyirdilər. Bu mərasimdə ən sakit adam isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idi.
Çempionluq Kubokunu başı üzərinə qaldırdıqdan sonra Qurbanov bu haqda təəssüratlarını və fikirlərini azürisport.az saytının müxbiri ilə bölüşüb:
“Mən sakitəm. Çünki bütün hisslərimi iki tur qabaq “İnter”lə oyundan sonra orada qoymuşam. İndi sadəcə, təbrikləri qəbul edirəm. Mövsüm çətin keçdi. Ancaq mən şadam ki, biz qalib gəldik. Başa düşürəm ki, qarşıda hələ görüləcək çox iş var”, deyə Qurbanov qeyd edib.
Qurbanov Avropa Liqasında çıxışı ilə azarkeşləri sevindirən “Qarabağ”ı bu il Çempionlar liqasının təsnifat mərhələsində daha çətin sınaq gözlədiyini bilir:
“Mən Çempionlar liqası haqda düşünürəm. Sayta baxıram və “Qarabağ”ın mükün rəqibləri ola biləcək komandalara diqqət yetirirəm. Hələlik hamısı məlum deyil və onlar üzərində xüsusi diqqət cəmləmək istəmirəm. Düzünü deyim, bir qədər istirahət etmək istəyirəm. Sonra bu məsələ ilə yaxından məşğul olacağam. Rəqiblər haqda məlumat toplayaraq, təhlil edəcəyəm”.
Baş məşqçi qarşıdakı avromövsümdə komandanın qarşısında dayanmış məsələlərə diqqət çəkib:
“Bilirəm ki, azarkeşlər bizdən ÇL-in qrup mərhələsinə düşməyi gözləyirlər. Biz də buna can atmalıyıq. Köklənməyə əsasımız var. Yalnız öz məqsədimizə doğru getməliyik. Çox şey təsnifata necə başlamağımızdan asılıdır”.
Qurbanov etiraf edib ki, bunun üçü heyəti gücləndirmək lazımdır: “Biz bu haqda düşünürük. Həm yerlilər, həm də legionerlər tapmaq istəyirik. Komandaya xüsusilə yaxşı hücumçu lazımdır. Düşünmürəm ki, ona bu müddətdə uyğunlaşma çətin olacaq. Əgər hazır olarsa, onu ÇL-in ilk oyununda meydana buraxacağam”.
Gələcək turnir haqda danışarkən, Qurbanov nəzərlərinin onun adını şüara çevirmiş tribunalarda, azarkeşlərdə olduğunu da vurğulayıb və “Qarabağ”ın çempionluğunun doğurduğu göz yaşlarını xatırlayıb. Yeri gəlmişkən, bu göz yaşlarına görə bəziləri Qurbanovu hətta tənqid ediblər:
“Bunlar emosiyalardır. Bu anda özünü başqa cür apara bilmirsən. Bu səbəbdən üzümdə göz yaşları vardı. İndi isə mən sakitəm”, deyə Qurbanov fikirlərini tamamlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.