19 may 2014 11:33
Kubokun finalında uduşlu lotereya keçiriləcək
2013/2014-cü il mövsümü Azərbaycan kubokunun “Qəbələ” - “Neftçi” final oyunundan sonra uduşlu lotereya təşkil olunacaq. Azerisport.az xəbər verir ki, KİV nümayəndələri üçün noutbuk və planşet, azarkeşlər üçün isə “Renault” “Logan” avtomobilinin uduşu keçiriləcək.
Final oyununun biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə etmək olar.
(PFL)
