19 may 2014 11:22
Canluka Zambrotta: Bakıya çağırıldığım üçün fəxr edirəm
İtaliya yığmasının heyətində dünya çempionu olmuş Canluka Zambrotta futbol könüllülərinin Bakıda keçirilən forumunda iştirakı haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Zambrotta bunları söyləyib:
“Məni bura, Azərbaycanın paytaxtına çağırdıqları üçün fəxr edirəm. Burada çoxlu gənc adam görürəm ki, bu da, düzgündür.
Mənim ən böyük uğurum? Əlbəttə, dünya çempionatı. Biz buna komanda fəaliyyəti hesabına nail olmuşuq. Mən karyeramı artıq başa vurmuşam və hazırda məşqçi işləyirəm. Mənim yetirmələrim kifayət qədər gəncdirlər və mən onlara öz biliklərimi ötürmək istəyirəm. Biz İsveçrənin ikinci liqasındakı yerimizi qoruyub saxlaya bildik (söhbət “Kyasso” klubundan gedir - red.).
