19 may 2014 11:11
Elxan Məmmədov: Könüllülər dünya futbolunda vacib rol oynayırlar
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Bakıda futbol könüllülərinin beynəlxalq forumunun açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, Məmmədov bu münasibətlə bunları söyləyib:
“Könüllülər dünya futbolunda vacib rol oynayırlar. Onların sosial işi çox lazımlıdır. Yaşa məhdudiyyət yoxdur. Əsası, kömək istəyidir. Azərbaycanda könüllülərə dövlət tərəfindən dəstək var. Forumda İsmayıl İsmayılovun, Rövnəq Abdullayevin iştirakı buna sübutdur”.
