19 may 2014 22:22
Cihan Özkara Sivassporla ikiillik müqavilə imzalayıb
Millimizin hücumçusu Cihan Özkara “Sivasspor”la yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu haqda futbolçunun özü məlumat verib:
“Bu gün klub rəhbərliyi ilə görüşdüm və biz komandadakı gələcək taleyimi müzakirə etdik. Bundan sonra “Sivasspor”la daha iki il müddətinə müqavilə imzaladım”.
