19 may 2014 18:22
İnterin hazırlıq planı məlumdur
Hazırda istirahətdə olan “İnter” iyun ayının 1-dən Türkiyədə birinci təlim-məşq toplanışını keçirəcək. Azerisport.az xəbər verir ki, Kartepedə baş tutacaq toplanışda “İnter” “Green Park” otelində məskunlaşacaq.
Türkiyə hazırlığı iyunun 10-dək davam edəcək. İyunun 13-də “İnter”in Avstriyada ikinci toplanışı başlanacaq.
Toplanış iyun ayının 27-də yekunlaşacaq, lakin UEFA Avropa Liqasının birinci təsnifat matçı səfərdə keçirilərsə, o zaman toplanış iyulun 1-dək davam edəcək.
Qeyd edək ki, Avstriya toplanışı çərçivəsində “İnter” 5 yoxlama matçı keçirəcək. Oyunların vaxtı və rəqiblərin adları yaxın günlərdə məlum olacaq.
(Klub saytı)
