19 may 2014 18:00
Rednik Xəzər Lənkərana qayıdır və ildə 2 milyon dollar alacaq
Rumıniyalı mütəxəssis Mirça Rednik “Xəzər Lənkəran”a qayıdır. Azerisport.az xəbər verir ki, tərəflər müqavilə imzalamağa hazırdırlar.
Rumıniya KİV-i xəbər verir ki, Rednik “gəmiqayıranlar”la ikiillik müqaviləyə imza atacaq və ildə 2 milyon dollar alacaq.
Xatırladaq ki, Rednik əvvəllər “Xəzər Lənkəran”da çalışıb. O, 2010-2011-ci illər aralığında komandaya rəhbərlik edib. Klubdan istefasından sonra Rednik beş müxtəlif klubda çalışıb. Bu klubların arasında Rumıniyanın “Kluj” və Belçikanın “Gent” klubları da var.
“Xəzər Lənkəran”dan verilmiş məlumata görə rumın mütəxəssislə hələlik müqavilə imzalanmayıb.
Xatırladaq ki, ötən həftə klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında “gəmiqayıranlar”ın baş məşqçisi Mustafa Dənizli klubla müqaviləyə xitam vermişdi.
