19 may 2014 16:44
Fransa KİV-i: Lansın gələcəyi Hafiz Məmmədovdan asılıdır
Fransa KİV-i Liqa 2-nin yekunlarını təhlil edərkən, “Lans”ın sahiblərindən biri, “Bakı” FK-nın prezidenti, həmyerlimiz Hafiz Məmmədovu da xatırlayıblar. Azerisport.az xəbər verir ki, Fransa KİV-i belə qənaətə gəlib:
“Lans”ın PSJ və “Monako” kimi böyük gələcəyi olacaqmı? İndi biz bilirik ki, azərbaycanlı mesenat Hafiz Məmmədov kluba uğur və inkişaf arzu edir və komandanın gələcək taleyi məhz ondan asılıdır”.
