19 may 2014 15:44
Bakı U-19 çempion oldu
Bu gün U-19 liqasında sonuncu - 27-ci turun oyunları baş tutub. Azerisport.az xəbər verir ki, “Bakı” çempionluq uğrunda həlledici görüş çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşıb.
Prinsipial görüşün yekununda baş məşqçi Qəhrəman Əliyevin yetirmələri 1:0 hesablı qələbəni bayram ediblər. “Bakı”nın yeganə qoluna Elmin Əsgərli imza atıb.
Beləliklə, “Bakı” topladığı 64 xalla 2013/2014 mövsümünün çempionu olub.
Beləliklə, “Bakı” topladığı 64 xalla 2013/2014 mövsümünün çempionu olub.
(“Bakı” FK saytı)
