19 may 2014 15:15
Marat İzmaylov İspaniya klublarının maraq dairəsinə düşüb
Marat İzmaylovun agenti Paulu Barboza bildirib ki, Rusiya premyer-liqasının bir neçə klubu futbolçunun xidmətlərində maraqlıdır. Azerisport.az xatırladır ki, İzmaylov mövsümün ikinci yarısını Yuri Syominin rəhbərlik etdiyi “Qəbələ”də keçirib və 31 yaşlı yarımmüdafiəçinin transfer hüququ “Portu”ya məxsusdur.
“Biz Rusiyanın müxtəlif klubları ilə danışıqlar aparırıq. Onların arasında avrokuboklarda çıxış edəcək komandalar var. Maratın “Portu” ilə daha bir il müqaviləsinin olduğunu və klubun futbolçu ilə bu razılaşmanı uzatmaq istəyində olduğunu nəzərə almaq lazımdır”, deyə İTAR-TASS agentliyi futbolçunun agentindən sitat gətirib.
“Maratın özü daha çox futbol oynamaq istəyir. Ehtiyat oyunçular skamyasında oturmaq yox. O, müəyyən müddət fasilədən sonra əla mövsüm keçirib və sübut edib ki, yüksək səviyyədə oynaya bilər. Onunla yalnız Rusiya deyil, İspaniya klublarının da maraqlanması əbəs deyil”.
