19 may 2014 14:14
PSJ-nin baş direktoru: UEFA Azərbaycanla müqavilə bağlayarkən, həmin konsepsiyaya əsaslanırdı
PSJ-nin baş direktoru Jan-Klod Blan bildirib ki, Qətər turizm idarəçiliyi ilə müqavilə UEFA-da məhz ona görə suallar doğurub ki, ümumi sıradan fərqlənir və söhbət ölkələrin idmanla reklam olunmasını sübut etməklə, yeni “nation branding” konsepsiyasından gedir. Azerisport.az xəbər verir ki, Jan-Klod Blan bunları söyləyib:
“UEFA Azərbaycanla müqavilə bağlayarkən, həmin konsepsiyaya əsaslanırdı ki, bu, ölkəyə AÇ-2016-nın sponsorlarından biri olmaq imkanı verir. Yenilik ondan ibarətdir ki, ilk dəfə belə bir işi klub edib”.
(SE)
