19 may 2014 13:33
Pantiçin qara siyahısı hazırdır
"Bakı" klubunda ciddi islahatlar olacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiç narazı olduğu futbolçuların adını rəhbərliyə təqdim edib.
Onların arasında Əfran İsmayılovla Cavid Hüseynovun adının olduğu deyilir. Başa çatan mövsüm ümidləri doğrultmayan Marius Pena, Edin Nuredinovski, Əziz Quliyevin komandada qalmayacağı gözlənilir. Hazırda istirahətdə olan Pantiç iyunun əvvəlində komandada gedəcək futbolçuların adını ictimaiyyətə açıqlayacaq.
