19 may 2014 13:13
Əmircanov Qəbələdə oynayacaq
"İnter"in futbolçusu Ruslan Əmircanov karyerasını "Qəbələ"də davam etdirəcək. Azerisport.az xəbər verir ki, Əmircanov müqavilə şərtlərini razılaşdırıb.
Onun imzalayacağı müqavilənin müddəti yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, "İnter"in yeni müqaviləsini imzalamaqdan imtina edən Əmircanov maliyyə şərtlərinə görə daha sərfəli "Qəbələ"ni seçdi.
