18 may 2014 12:33

Ansi Aqolli: Biz qəsdən uduzmamışıq

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli azerisport.az saytına müsahibəsində TPL-də qələbə münasibəti ilə Kubok və medalların təqdimatı mərasimindən, komandasının ÇL-də gələcək çıxışından və son iki turda ardıcıl iki məğlubiyyətindən danışıb:
- Siz artıq bir neçə ildir ki, “Qarabağ”dasınız və yalnız indi qızıl medalınızı aldınız...
- Heç olmamağından, gec olmağı yaxşıdır. Mən artıq özümə doğmalaşmış komanda ilə çempion olmağı arzulayırdım. Arzum həyata keçdi. Biz bütün bunlara layiq idik.
- Kubok xoşunuza gəlir?
- Yaxşı kubokdur (gülümsəyir).
- Mövsüm baş tutdu?
- Bəli. Ancaq Kuboku da qazansaydıq, bu, daha əla olardı.
- Komanda çempionatın sonuna iki tur qalmış çempionluğu rəsmiləşdirdi və son iki oyunda “Sumqayıt”a (0:1) və “Xəzər Lənkəran”a (1:2) məğlub oldu. Bu, “İnter”lə oyundan (4:1) sonra futbol oynamağı atmağınız anlamına gəlmir ki?
- Biz bu oyunlarda qəsdən məğlub olmamışıq. Digər tərəfdən, heyət artıq çempion heyəti deyildi. Həmçinin, siz özünüz gözəl başa düşürsünüz ki, çempionluqdan sonra toparlanmaq və çempionluğa qədər olduğu kimi oynaq artıq çətindir.
- Yəqin ki, artıq ÇL-in başlanmasını arzu edirsiniz?
(gülümsəyir) İndi mən layiq olduğum məzuniyyət haqda düşünürəm və əlbəttə ki, Avropanın ən nüfuzlu klub turnirində iştirakımızı səbirsizliklə gözləyirəm. Biz də öz azarkeşlərimiz kimi, bunu çoxdan gözləyirdik.
- Növbəti mövsümdə “Qarabağ” ÇL-in və ya Avropa Liqasının qrup mərhələsinə düşə bilər?
- Hm bu, həm də digər turnirin qrup mərhələsinə düşmək çətin olacaq. Təbii ki, ÇL-də oynamaq istərdik. Axı bu vaxtadək Azərbaycan klublarından heç birinə bu, nəsib olmayıb. Görək, püşk necə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.