18 may 2014 19:33
Əmircanov Qəbələ yolunda
"İnter"in futbolçusu Ruslan Əmircanov karyerasını başqa klubda davam etdirəcək. Azerisport.az xəbər verir ki, Əmircanov baş məşqçi Kaxaber Sxadadzeylə görüşərək, müqaviləni artırmayacağını deyib.
Futbolçu hazırda iki klubdan gələn təklifi dəyərləndirir. Ona görə mayın sonlarında başa çatan müqaviləsi yenilənməyəcək. Ruslan Əmircanovun yeni mövsümdən "Qəbələ"nin şərəfini qoruyacağı gözlənilir.
